Magazin1
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
Əməkdar artist Elza Seyidcahan "Günə uğurla" verilişində qonaq olub.
Publika.az xəbər verir ki, ifaçı tez-tez taksidən istifadə etdiyini və onu tanıəmayan sürücülərə irad bildirdiyini açıqlayıb:
"Yollarda xətlər artıb. Gördüm ki, çox cərimə ödəyirəm, taksidən istifadəyə keçdim. Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm". Otururam yanlarında, psixoloq kimi danışıram. İnanmırlar ki, Elza Seyidcahanam. Gülürlər. O gün bir sürücüyə rast gəldim. İçərişəhərə gedirdik. Ora daxil olan kimi başladı İçərişəhəri təhqir etməyə. Düşəndə pulunu verib dedim ki, adam öz yaşadığı ölkə haqqında belə danışmaz. Mən də Elza Seyidcahanam. Mənə dedi ki, sizi tanıdım, "Hozu" filmində görmüşdüm. Cavab verdim ki, elə sən özün də hozusan. Bir bəstəkarı, onun mahnılarını tanımırsan".
E.Seyidcahan bəzi aparıcıların belə onu tanımadan efirə dəvət etməsini qınayıb:
"Bizim camaat, hətta bəzi aparıcılar da öz sənətkarlarını tanımırlar. O gün efirə dəvət almışdım. Guya aparıcıdır, məni də tanımır. Deyir ki, siz gələndə insanlar geyimlərinizi görür, üzlərində gülüş yaranır. Elə bil meymunam. Axırda veriliş bitdi. Başqası olsa, aparıcının o sözündən sonra çıxıb gedərdi. Kanala hörmət etdiyim üçün sona qədər oturdum. Ona sonda dedim ki, geridə qalmısan. Redaktorunuz yoxdur ki, gələn qonağın kim olduğunu desin". (Axşam.az)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)
















.jpg)
.jpg)








.jpg)


