Magazin1
“Bu şəhərdə” Xankəndidə konsert proqramı ilə çıxış etdi
Noyabrın 29-da Xankəndi şəhərində “Bu şəhərdə”nin 26 yaşı münasibətilə konsert proqramı keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun təqdim etdiyi proqram şəhərin Mədəniyyət Mərkəzində baş tutub.
Şəhər sakinlərinin böyük marağına səbəb olan konsert proqramında maraqlı səhnəciklər, performanslar və yumoristik çıxışlar tamaşaçılarda xoş ovqat yaradıb, böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Bu şəhərdə”nin Xankəndidə səhnəyə çıxması, şəhərin yalnız tarixi və siyasi hadisələrlə deyil, həm də mədəniyyət, incəsənət və sosial həyatla tanınmasına töhfə verir. Bu gün Xankəndidə gülüşün səsi eşidilir. Bu, doğma yurdda həyatın bərpasının, sevincin, ümidin və qayıdışın səsidir.
-
MDB15:10Dmitri Peskovun qızı ilk dəfə o görüntünü paylaşdı - FOTO
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır
-
MDB13:40Rusiyaya kütləvi PUA hücumu: Bir gündə 1612 dron vuruldu
-
Ekologiya12:59Sabahın hava proqnozu açıqlandı
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İdman09:10Çempionun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var






































