Magazin1
“Yarımdünya” filminin qala gecəsindən FOTOLAR
Dünən Bakıda “Flame Towers”in “Park Cinema”sında “Yarımdünya” bədii filminin qala gecəsi keçirilib.
Filmi türkiyəli rejissor Osman Albayraq çəkib. Daha çox aparıcı kimi tanınan Tural Əsədov layihənin baş prodüseridir.
Qala-gecəyə filmin yaradıcı heyəti - rejissor Osman Albayraq, prodüser və filmdə baş rollardan birini oynayan Tural Əsədov, müğənni Miri Yusif, aktrisalardan Gülsara Rzayeva, Pərvin Abıyeva, aktyor Kamran Ağabalayev iştirak ediblər.
Publika.az xəbər verir ki, gecəyə filmin çəkiliş heyətindən başqa, Nura Suri, Rafael İsgəndərov, Coşqun Rəhimov, Hacı Nuran, Kəmalə Babayeva, İlham Qasımov, İlkin Həsəni və başqa məşhur simalar iştirak ediblər.
Film Miri Yusifin dostuna ithaf etdiyi “Yarımdünya” adlı mahnısı əsasında çəkilib. Film 3 kişinin bir qadına olan sevgisindən bəhs edir. Bu 3 kişi xaraktercə bir-birindən çox fərqlənir. Hadisələr bu məhəbbət üçbucağı ətrafında cərəyan edir. Talelərində artıq bir dəfə bu sınaqdan keçən dostlar bu xoşagəlməz hal ilə yenidən qarşı-qarşıya qalır. Lakin sevginin onları hara aparacağını bilmirlər, nələrlə üzləşəcəklərdən xəbərsizdirlər.
Miri Yusif: “Yarımdünya” klipini sentyabrda dünyasını dəyişən dostu Vüqar Əbdülrəhmanova həsr etmişəm. Buna görə də bu mahnı mənim yaradıcılığımda böyük rol oynayır. İlk rolum olduğu üçün çox həyəcanlıyam” - deyib. Sevilən ifaçı onu da qeyd edib ki, filmdə, demək olar ki, özünü, yəni romantik musiqiçi obrazını canlandırıb.
Filmdə Fuad obrazını canlandıran Tural Əsədov isə bildirib ki, bu film dostluq, səmimiyyət və düzgünlük üzərində qurulub.
Tural Əsədov:: “Bu film həm də bu və ya digər vəziyyətdən necə çıxmağın yolu göstərilib. Film maarifləndirici xarakter daşıyacaq, heç birimiz bu cür hallardan sığortalanmamışıq. Biz dostluğun sözdə yox, əməldə göstərilmək lazım olduğunu ifadə etməyə çalışmışıq”, – söyləyib.
Ekran işi Azərbaycanın bütün kinoteatrlarında aprel ayının 9-dan etibarən nümayiş olunacaq.
Aytən
Fotoqraf: Rəşad Abbasov
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi