Magazin1
ANS - ATV: soyuq savaş davam edir, zərərçəkənlər var...
ANS və ATV telekanalları arasında davam edən qalmaqal müğənnilərə də təsir etməyə başlayıb. İş o yerə gəlib ki, kanallar müğənnilərə digər kanalda görünməyə belə qadağa qoymağa cürət edir. İlk dəfə olaraq belə qadağa ilə üzləşən müğənni Niyam Salami etiraf edib:
“Mən “Maşın şou”da iştirak etdiyimə görə digər kanallar mənə qadağa qoyub. Amma Murad Dadaşov bizə demişdi ki, bu, mənim şoumdur. Burada belə söhbət ola bilməz. Amma belə söhbətlər yaranıb. Hazırda mən ATV-də yoxam”.
Deyəsən, əməkdar artist Murad Dadaşovun müəllifi olduğu “Maşın realiti şou”nun ANS-də yayımlanması ATV telekanalının rəhbərliyinin ürəyindən olmayıb. Publika.az-ın əldə etdiyi məlumata görə hətta bir sıra müğənnilər şounun sonuncu buraxılışına dəvət alsalar da, bəziləri ATV telekanalının rəhbərliyi tərəfindən xəbərdarlıq aldıqdan sonra həmin şouda iştirak etməkdən imtina edib. Xəbərdarlıq isə ondan ibarət olub ki, əgər ANS-də yayımlanan “Maşın şou”da görünsəniz, bir daha ATV telakanalında görünməyəcəksiniz.
Nəzərə alsaq ki, ATV musiqili və əyləncəli verilişlərə daha çox yer ayıran kanaldır, müğənnilərə orada görünmək daha vacibdir, nəinki ANS-də. Çünki ANS xəbər kanalıdır. Şou verilişləri kanalda azlıq təşkil edir.
Qeyd edək ki, həftəsonu müğənni Niyam Salami ilə geniş müsahibəni Publika.az saytında oxuya bilərsiniz.
İsa Şükürov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO









.jpg)







.jpg)
















