Azərbaycanlı qız Pitbullun klipində - VİDEO/FOTO
Bizi izləyin

Magazin2

Azərbaycanlı qız Pitbullun klipində - VİDEO/FOTO

Dünya şöhrətli reper Pitbull klipində azərbaycanlı modeldən istifadə edib.

Publika.az xəbər verir ki, Mayamidə yaşayan azərbaycanlı aktrisa və model Tamilla Bilalova Pitbullun “Baddest girl in town” klipində rol alıb. Onu klipin 32-ci saniyəsində görə bilərsiniz.

Bundan əvvəl isə o, “RegulaZ” kollektivinin “Mr.Microphone” klipində baş rola çəkilib.

Məlumat üçün bildirək ki, Tamilla 16 yaşında təhsil almaq üçün Missuri ştatına köçüb. Orada universitetə daxil olan Tamilla, tennis yığmasında da oynayıb. Təhsilini bitirdikdən sonra studiyalardan biri Tamillanı özünün çəkiliş meydançasına dəvət edib. Hazırda da həmin şirkət ilə əməkdaşlıq edən həmyerlimiz müxtəlif layihələrdə iştirak edir.

Qeyd edək ki, Tamilla Bilalova Rusiyanın Vladiqafqaz şəhərində anadan olub. Onun atası Azərbaycanın Ağstafa rayonundandır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm