Magazin2
Madonna möcüzə-aparatdan istifadə edib cavan qalır – FOTO
Dünya şöhrətli amerikalı müğənni Madonnanın cavan qalmasının sirri bəlli olub.
Publika.az xəbər verir ki, Madonna bu məqsədlə xüsusi hazırlanmış möcüzəvi avadanlığın köməyindən istifadə edir. Həmin avadanlığın oxşarından vaxtilə əfsanəvi müğənni Maykl Cekson da istifadə edib.
Xəbərdə bildirilir ki, pop ulduz həmin avadanlığı hər zaman özü ilə gəzdirir. Hətta təyyarədə belə onun üçün öz yanında yer bron etdirir. Məlum olub ki, aparat insan dərisini oksigenlə zənginləşdirir, dərini vitaminlərlə təmin edir. Avadanlıq botoks effekti versə də, heç bir zərəri yoxdur.
İlk dəfə Avstraliyada hazırlanan cihaz uzun illər geniş ictimaiyyətdən gizlədilib. Avadanlığın mövcudluğu paparassilərin sayəsində üzə çıxıb. Belə ki, bir sıra serialların çəkilişi zamanı aktrisaların həmin cihazdan istifadə etməsi paparassilərin diqqətini cəlb edib.
Sonradan məlum olub ki, Uma Turman, Rene Zellveger kimi məşhurlar mütəmadi həmin avadanlıqdan istifadə edirlər.
Madonna da avadanlığa malik olan xoşbəxt insanlar sırasındadır. 57 yaşlı ulduz 6 evin hər birini həmin avadanlıq ilə təchiz edib.
İsa Şükürov
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ



































