Venesuelada minimum əməkhaqqı 26 faiz artdı, bu qədər oldu
Bizi izləyin

Dünya

Venesuelada minimum əməkhaqqı 26 faiz artdı, bu qədər oldu

Venesuelada minimum əməkhaqqı 26 faiz artdı, bu qədər oldu

Venesuelada minimum əməkhaqqı 26 faiz artırılıb.

Publika.az xəbər verir ki, bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodriqez Karakasda keçirilən mitinqdə bildirib.

O, minimum əməkhaqqının ayda 190 dollardan 240 dollara (təxminən 410 manat), pensiyaların isə 70 dollara (təxminən 120 manat) qaldırılacağını elan edib:

"Bu gün etiraz edənlər haqlıdır. İşçilərə fayda verəcək iqtisadi artım üçün yeni bir kollektiv müqavilə üzərində işləyirik. Artıq 2030, 2040 və 2050-ci illər haqqında düşünməyin vaxtıdır. Mən bu prosesi Venesuelanın dirçəlişi kimi görürəm və sanksiyalar səbəbindən itirilmiş illəri geridə qoyacağıq”.

Mövcud maaşların yetərli olmadığını etiraf edən Rodriqez, sosial yardımın əhalinin ən ehtiyacı olan təbəqələrinə çatmasını təmin etmək üçün hərtərəfli səylər göstəriləcəyini vurğulayıb.

O, həmçinin, ABŞ ilə razılaşmalar və artan neft gəlirləri sayəsində iqtisadiyyatın yeni bir sabitlik mərhələsinə qədəm qoyduğunu qeyd edərək, Venesuela iqtisadiyyatına mənfi təsir göstərən sanksiyaların aradan qaldırılmasına çağırış edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm