Məşhur aktyor həyat yoldaşını öldürmək istəyirmiş
Bizi izləyin

Magazin2

Məşhur aktyor həyat yoldaşını öldürmək istəyirmiş

Məşhur aktyor həyat yoldaşını öldürmək istəyirmiş

52 yaşlı məşhur aktyor Conni Deppin 30 yaşlı həyat yoldaşı Amber Heardla boşanması xəbərləri son günlərdə gündəmin əsas mövzularından biridir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ember məhkəmədə aktyorun onu döydüyünü deyib. Üzündə şiş və ləkə qalan 30 yaşlı aktrisa məhkəmədə Deppin ona telefon atdığını iddia edib. Məhkəmə C.Deppə uzaqlaşdırma əmri çıxarıb.

Dünən isə “New York Post” qəzetində cütlük haqqında yeni iddia ortaya atılıb. Heardın adını açıqlamayan yaxın dostu qəzetə verdiyi açıqlamada məşhur aktyorun arvadını yastıqla boğmağa çalışdığını iddia edib. Qadının sözlərinə görə, aktrisa baş verənləri ona dodağı göyərmiş, gözləri şişmiş halda danışıb: “Bu, ilk hadisə deyildi. Daha əvvəl də onların mübahisələrinə şahid olmuşam”.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm