Sevgilisi Rihannanı səhnədə belə tərlətdi - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin2

Sevgilisi Rihannanı səhnədə belə tərlətdi - FOTOLAR/VİDEO

“MTV Video Music Awards 2016” mükafatlarının təqdimetmə mərasimində qaliblərin adlarının açıqlanması ilə yanaşı, digər yadda qalan, həm də çox romantik hadisə baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur reper Dreyk səhnədə Rihannaya sevgisini etiraf edib. Bu axşam müğənniyə “The Video Vanguard Award” xüsusi mükafatı onun köhnə dostu və sevgilisi Dreyk verib, həmçinin hamı üçün gözlənilməz olan romantik nitq söyləyib.

Cütlük bu vaxta qədər sevgili olduğununu gizlətməyə çalışsa da, Dreykin nitqindən sonra onların arasında ciddi münasibətlərin olduğuna şübhə yeri qalmayıb: “Mən 22 yaşımdan ona aşiqəm. O, musiqi sənayesində mənim ən yaxşı dostum və əsl canlı əfsanədir”.

Sonra Dreyk 2005-ci ildə ulduzu ilə ilk dəfə klip çəkilişlərində tanış olduqlarını xatırladıb. Musiqiçinin sözlərinə görə, ötən illər ərzində müğənni heç dəyişməyib: “Hətta Rihhannanın çox sayda mükafatları deyil, onun insani keyfiyyətləri daha üstündür. Rihanna bizim sənayedə hər kəsin arzuladığı inanılmaz uğura nail olub, buna baxmayaraq, o, əvvəlki dostları olan həmin barbadoslu qızcığazdır. Əlbəttə ki, biz onun bütün kliplərini bəyənirik. Amma ilk növbədə biz özünə sadiq qalan qadını sevirik”.

Öz sevgilisini dinləyən Rihanna onun sözlərindən mütəəssir olub və yalnız sıxıla-sıxıla gülümsəyib. Finalda isə reper ulduzun tünd qırmızı dodaq boyası çəkilmiş dodaqlarından öpmək istəyib. Lakin Rihanna vəziyyətdən çıxış yolu kimi ona boynunu öpməyi təklif edib. Rihanna özünü itirsə də, minlərlə alqış sədaları altında Dreyk Rihhananı hamının gözü qarşısında öpüb.

Дрейк, Рианна

Müğənni cavab nitqində səmimi sözlərə görə, Dreykə təşəkkür edib və bildirib ki, bu, onun üçün xüsusi bir gecədir: “Mənim uğurum... Bütün bunlar arzularla başlanmışdı, indi isə nailiyyətlərim artıq təkcə mənə məxsus deyil. Bu, bizim ümumi qələbəmizdir. Ailəmə, ölkəmə, pərəstişkarlarıma, bütün qadınlara və ümumiyyətlə, bütün bu illər ərzində məni dəstəkləyən və xidməti olan hər kəsə təşəkkür edirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm