İş adamı ilə eşq yaşayan müğənni ikinci ərindən də boşandı
Bizi izləyin

Magazin2

İş adamı ilə eşq yaşayan müğənni ikinci ərindən də boşandı

Gülben Ergenlə və Erhan Çeliyin məhkəmədə rəsmi qaydada boşanma tarixi dekabrın 2-sinə müəyyən olunub.

Gülben Ergen və Erhan Çeliyin məhkəmədə rəsmi qaydada boşanma tarixi dekabrın ikisinə müəyyən olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əgər cütlük arasında hər hansı anlaşılmazlıq olmasa, onlar qısa vaxtda boşanacaq.

Cütlüyün boşanma səbəbləri dəqiq məlum olmasa da, Gülbenin iş adamı ilə eşq yaşadığı iddia olunur. Hazırda xaricdə olan Gülben Ergen ikinci həyat yoldaşı Erhan Çelik ilə çəkdirdiyi bütün fotoları sosial şəbəkədən silib. Müğənni xəyanət iddialarına da cavab verib: "Bu, nə deməkdir? Mən evliykən də xəyanət iddialarını dilə gətirənlərə cavab vermədim. Ailəm dağıldığı üçün depressiyadayam. Baş verənlərin öhdəsindən gəlmək üçün övladlarımla tətilə çıxmağa qərar verdim".

Erhan Çeliyin sosial şəbkədə paylaşdıqlarından isə belə bəlli olur ki, müğənnidən ayrılmaq üçün günləri sayır. Yeri gəlmişkən qeyd edək ki, ulduz cütlük ayrılıq qərarından sonra İstinyedə birlikdə yaşadıqları evi tərk edib. Erhan Çelik evdən özü ilə ancaq üç əşya: Atlas, Ares və Güneyə aid köynəkləri götürüb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm