Məşhur ailə qızının adını patentləşdirdi - FOTO
Bizi izləyin

Magazin2

Məşhur ailə qızının adını patentləşdirdi - FOTO

Səhnəyə çıxa bilməz.

Keçmiş futbolçu Deyvid Bekhemin həyat yoldaşı, hazırda dizaynerliklə məşğul olan Viktoriya Bekhem qızının adını patentləşdirib.

Publika.az BBC-yə istinadən bildirir ki, missis Bekhem qızı Harperin adını yalnız Avropa üçün patentləşdirib. Yəni qızının adı ilə heç bir şirkət və ya fərd reklam verə, səhnəyə çıxa bilməz.

Hazırda Viktoriya Bekhem beş yaşlı qızının şərəfinə Harper Bekhem brendi ilə geyim və oyuncaq çeşidləri buraxmağı planlaşdırır.

Bekhemlər ailəsi kiçik qızlarının adını sevimli yazıçıları olan Harper Linin şərəfinə qoyublar. Həmçinin ailənin bütün üzvlərinin adı patentləşdirilib.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm