Magazin2
Rusiya “Eurovision-2017”-də iştirak etməyəcək
Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib.
Publika.az xəbər verir ki, müvafiq bəyanat müsabiqənin saytında dərc edilib.
Müsabiqənin nümayəndələri Rusiyanın tədbirdə iştirak etməsi üçün həll variantı tapmağa cəhd etdiklərini qeyd edib. Rusiya təmsilçisi Yuliya Samoylovaya videokörpü vasitəsilə çıxış etmək təklif olunub. Bundan başqa, Təşkilat Komitəsi təmsilçinin əvəzlənməsi imkanının da olduğunu bildiriblər.
“Təəssüf ki, hər iki variant “Birinci kanal” tərəfindən rədd olunub. Kanal rəhbərliyi “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək. Biz həqiqətən istərdik ki, 43 ölkənin hamısı müsabiqədə iştirak etsin və bunun üçün əlimizdən gələni etdik”, - deyə bəyanatda qeyd olunub. (apa)
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan