Adelin konsertləri ləğv edildi - SƏBƏB
Bizi izləyin

Magazin2

Adelin konsertləri ləğv edildi - SƏBƏB

Olanlardan dolayı çox üzgünəm. lütfən, məni bağışlayın.

Məşhur ingilis müğənni Adel konsertlərini ləğv edib.

Publika.az xəbər verir ki, buna səbəb müğənninin səs tellərindəki narahatlığıdır.

Həkimlərinin tövsiyəsi ilə bir müddət oxuya bilməyəciyini deyən Adel konsertlərinin ləğv edilməsinə görə böyük üzüntü keçirdiyini açıqlayıb.

Xəbəri Tvitter sosial şəbəkəsində paylaşan ulduz “bu həftə “Vembley” stadionunda verdiyim konsertlər həyatımda verdiyim ən böyük və ən gözəl konsertlər idi. Hər zamankından daha çox əziyyət çəkdim və buna görə səs tellərim zərər gördü. Buna görə “qəlbim qırıldı” kəlməsi üzüntümü ifadə etməyə yetərsiz qalır.”

Konsertdə fonoqram istifadə etməkdən imtina edən 29 yaşlı müğənni “o zaman səhnədəki adam mən olmazdım. Olanlardan dolayı çox üzgünəm. lütfən, məni bağışlayın” sözləri ilə heyranlarından üzr istəyib.

Qeyd edək ki, ulduz müğənni daha əvvəl bu problemi yaşamış və 2011-ci ildə səs tellərindən əməliyyat olunmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm