Magazin2
Adriana Lima Türkiyənin məşhur yazıçısı ilə sevgili oldu - FOTO
Dünyaca məşhur braziliyalı top model Adriana Lima türkiyəli yazıçı Metin Hara ilə sevgilidir.
Publika.az Türkiyət mətbuatına istinadən xəbər verir ki, cütülük dünən Bodrum hava limanında birlikdə görüntülənib. Dünya şöhrtəli modelin VİP hissədən deyil, sadə sərnişinlərlə birlikdə digər çıxışdan çıxması diqqət çəkib.
Jurnalistlərin onları çəkməsinə əhəmiyyət verməyən cütlük avtomobilə minib qalacaqları hotelə yollanıblar. Adriana Limanın Bodrum şəhər mərkəzinə daxil olduqdan sonra mətbuat nümayəndələrinin onları təqib etməsinə əsəbiləşib. Lima sürücüsünə mətbuat nümayəndələrinə yolu itirməyi tapşırığı verib. Sürücü Göltürkbükü, Gündoğan və Yalıkavak məhəllələrində beş dəfə fırlanıb. Daha sonra mətbuat nümayəndələrini keçməyə çalışan sürücü qırmızı işıqlarda da dayanmayıb. Təxminən 160 kilometrlik yolu bir saat 45 dəqiqə çəkib.
Hava limanından saat altıda çıxan cütlük qaldıqları hotelə saat səkkizdə çatıb. Məlum olub ki, cütlük iki gün Bodrumda qaldıqdan sonra Gökova Körfəzi və Yunanıstan adalarını əhatə edən dəniz səyahətinı çıxmağı planlaşdırıb.
Xatırladaq ki, Lima bir həftə əvvəl Los-Anceles hava limanı çıxışında əlində Mətn Haranın “Məhəbbətin İstilası” (The Path: Invasion of love- Overcoming The Illusion) adlı kitabı ilə görüntülənmişdi.
Modellə yazıçı keçən ay İstanbulda keçirilən tədbirdə tanış olub.
Aytən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



























