Hadid bacılarının anasından alt paltarında cəsarətli POZA - FOTO
Bizi izləyin

Magazin2

Hadid bacılarının anasından alt paltarında cəsarətli POZA - FOTO

54 yaşlı keçmiş model və məşhur Cici Hadid bacılarının anası Yolanda Hadid instaqramda paylaşdığı fotosu ilə diqqət çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yolanda Hadid sosial şəbəkədə alt paltarında fotosunu paylaşıb. Həyatın yalnız 50-dən sonra başladığına inanan ulduz bildirib ki, cəmiyyətin qəlibləşmiş fikri onu heç vaxt narahat etməyib:

“Başqalarının mühakimələri məni narahat etmir, bunun əvəzinə dərin inam hissi və azadlığı seçirəm, eləcə də gözəlliyi minnətdarlıq hissi ilə qəbul edirəm”.

Qeyd edək ki, Yolanda Hadid beş ildən artıqdır ki, Lyma xəstəliyi ilə yaşayır. Bu xəstəlik gənə vurması nəticəsində yaranır. İnfeksion xəstəliyin fəsadları onun uşaqları Bella və Ənvərə də keçib. Bununla belə, o bu yaxınlarda verdiyi müsahibədə özünü yaxşı hiss etdiyini deyib, amma xəstəliklə mübarizə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm