Birinci xanım prezidentin xəyanətindən DANIŞDI: Trampla... - FOTO
Bizi izləyin

Magazin2

Birinci xanım prezidentin xəyanətindən DANIŞDI: Trampla... - FOTO

Afrika ölkələri üzrə rəsmi tur zamanı ABŞ-ın birinci xanımı 48 yaşlı Melaniya Tramp ABC kanalına müsahibə verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, birinci xanım Tom Llamasa verdiyi müsahibədə sadəcə öz qorxuları, Ağ Evdə qarşılaşdığı öhdəlikləri və çətinliklər barədə deyil, həm də 72 yaşlı Donald Trampın xəyanətinə dair çoxsaylı söz-söhbətlərə aydınlıq gətirib.

O, jurnalistin Donald Trampın bir neçə romanına dair verdiyi suallarına lakonik və dəqiq cavab verib.

“Əlbəttə ki, bu, həmişə xoş deyil, amma mən hər zaman bilirəm ki, nə düzdür, nə yalan. Nə doğrudur, nə açıq yalan. Bu, diqqətimi çəkən şey deyil. Mən bir ana və birinci xanımam, bu boş söhbətlərdən daha vacib olan işlərim var. Bilirəm ki, insanlar fantaziya qurmağı, mətbuat isə nikahın necə müvəffəqiyyətli olduğunu araşdırmağı sevir”, - deyə Melaniya cavab verib.

Söhbətin sonunda ABŞ-ın birinci xanımı Donaldla olan münasibətlərində hər şeyin qaydada olduğunu bildirib və mətbuatdakı bütün danışıqları yalnız spekulyasiyaya adlandırıb:

“Mən çox güclüyəm və prioritetlərimin nələr olduğunu bilirəm!”.

Xatırladaq ki, ştatların prezidenti dəfələrlə xanımına xəyanətlərdə ittiham olunub. Keçmiş “Playboy” modeli Karen Makduqal və porno ulduz Stormi Deniels Trampla eşq yaşadıqlarını elan edib. Melaniyanın son müsahibəsində bu xəbərləri təkzib etməsinə baxmayaraq, o, ilk vaxtlar şayiələrə inanırdı və ərini ictimaiyyət qarşısında açıq şəkildə rədd edirdi. Görünür, sonradan prezident ailəsində problemlər həll olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm