Magazin2
İlon Mask əkizlərin atasıdır
Dünyanın ən zəngin adamı, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask və onun qurduğu Neuralink şirkətinin əməliyyatlar və xüsusi layihələr üzrə direktoru Siobhan Zilisin 2021-ci ilin noyabrında əkiz uşaqları dünyaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Business Insider” məhkəmə sənədlərinə istinadən yazıb.
Uşaqlar biznesmen və kanadalı müğənni Qraymsın ikinci övladının doğulmasından bir neçə həftə əvvəl dünyaya gəliblər. Nəşr qeyd edir ki, hazırda sahibkarın rəsmən tanınmış övladlarının sayı 9-a çatıb.
Aprel ayında Mask və Zilis əkiz uşaqların adlarını qeydə almaq üçün ərizə veriblər. Texas ştatının hakimi vəsatəti təmin edib. Məhkəmə sənədlərində top-menecerin keçən ilin avqust ayında Texas ştatının Ostin şəhərində aldığı mülkün ünvanı göstərilib. Bu mənzilin qiyməti dörd milyon dollardan yuxarı qiymətləndirilir.
Fevral ayında İlon Maskın avstraliyalı aktrisa Nataşa Bassettlə görüşməyə başladığı bildirilir. Los-Anceles hava limanında şəxsi təyyarənin çıxışında paparassilər 50 yaşlı milyarderi qırmızısaçlı bir qızla yaxalayıblar. Nəşrin mənbəsinin məlumatına görə, Maskın yeni sevgilisi 29 yaşlı aktrisadır.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı



























.jpg)










