Magazin2
Dmitri Medvedevdən həyat yoldaşından boşanma xəbərinə reaksiya
Dünən teleqram kanallarında Rusiya Federasiyasının keçmiş prezidenti, hazırda isə Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin həyat yoldaşı Svetlanadan boşandığı xəbəri müzakirə mövzusuna çevrilib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iddialara görə, keçmiş birinci xanım bu yaxınlarda siyasətçidən ayrılıb və başqa ölkəyə köçmək qərarına gəlib.
Məşhur Telegram kanalı “Antiqlyanets”in yazdığına görə, Svetlana və Dmitri Medvedev uzun müddətdir birlikdə yaşamırlar. Mənbənin sözlərinə görə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavininin nikahı sadəcə formal xarakter daşıyır. Ən maraqlısı odur ki, keçmiş prezidentin həyat yoldaşı hazırda vətənindən uzaqdadır. Svetlana Vladimirovnanın hazırda harda yaşadığı barədə məlumat verilməyib.
Digər teleqram kanalları bu xəbərin Dmitri Medvedevə qarşı planlaşdırılan hücuma bənzədiyini qeyd ediblər. Dmitri Medvedev bu cür şayiələrə münasibət bildirməsə də, bir neçə saat əvvəl telegram kanalında həyat yoldaşı ilə birlikdə rus xalqını Ailə, Sevgi və Sədaqət Günü münasibətilə təbrik edib. Lakin izləyicilər onun həyat yoldaşı ilə paylaşdığı videonun səmimiliyinə şübhə etdiyini yazıb.
Qeyd edək ki, Dmitri və Svetlana Medvedev eyni məktəbdə oxuyublar, 1993-cü ildə evləniblər. 1995-ci ildə onların İlya adlı oğlu dünyaya gəlib. O, bu yaxınlarda “Vahid Rusiya” partiyasına qoşulub. Bəzi məlumatlara görə, Medvedevin oğlu əvvəllər ABŞ-da yaşayıb.
Aytən Məftun
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir






.jpg)
.jpg)




























