Magazin2
Məşhur aktyordan ŞOK: “Kadir İnanır uşaqlığımı yaşamağa qoymadı” - VİDEO
Aktyor Levent İnanır dayısı Kadir İnanır haqqında gözlənilməz etiraflar edib.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gökay Kalaycıoğlunun yutubda yayımlanan “Haber bahane” verilişinin bu həftəki qonağı aktyor Levent İnanır olub. Atasını erkən itirdiyi üçün dayısı Kadir İnanırla böyüdüyünü deyən Levent İnanır 24 il bir evdə yaşadıqlarını deyib.
“Sonra hər gün birlikdə olduq. Mətbuatda haqqımda bir kəlmə belə yazılmayıb. Boşandığımdan 8 il keçdi, heç kimin xəbəri yoxdur. Bu da lazımsız xəbər deyildi. Başqaları boşananda bunu səs-küylə xəbər edirlər, onu da yalnız 5-6 nəfər oxudu. Bu, həm aldığım tərbiyədən, həm də dayım Kadir bəyə hörmətimdən irəli gəlir”.
Ömrünü Kadir İnanıra görə yaşadığını bildirən Levent İnanır belə davam edib:
“Bir dəfə hakim qarşısına çıxdım. Yanımda iki rejissor dava etmişdi, məni şahid kimi göstərdilər. Mən prinsiplərlə yaşayan insanam. Təbii ki, mənim də ziddiyyətlərim var idi, hər hansı davam ola bilərdi. Həmişə özümü idarə edə bilirəm. Hər addımımı dayımı düşünərək atırdım. Aman onun adına bir söz gəlməsin deyib addım atırdım. Uşaqlığımı sənə görə yaşaya bilmədiyimi dedim. Dayım heç vaxt belə bir şey istəməzdi. Tərbiyəm və ədəb-ərkanım bu şəkildə idi. Sanki ömrüm Kadir İnanıra həsr olunmuşdu. Peşman deyiləm, bu mənim taleyimdi. Belə yaşamaq lazımdır. İndiki ağlım olsaydı, aktyorluq etməyi düşünməzdim”.
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO















.jpg)





















