Magazin2
"Tvitter"i aldıqdan sonra xeyli kasıblayıb
Dünyanın ən varlı adamı, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask "Tvitter" sosial şəbəkəsini almaq niyyətini açıqladıqdan sonra 70 milyard dollardan çox ziyan edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. “Forbes”in daim yenilənən reytinqə görə, noyabrın 8-də İlon Maskın sərvəti 200 milyard dollardan aşağı düşüb. “Milyarderin sərvəti hazırda 195,6 milyard dollar dəyərləndirilir.
Maskın sərvətinin azalması, Tesla”nın səhmlərinin qiymətinin aşağı düşməsi ilə əlaqələndirilir. İnvestorlar hesab edir ki, Mask "Tvitter"in inkişafına daha çox diqqət yetirəcək. Bu isə “Tesla”nın bazar dəyərinin, demək olar ki, yarıya düşməsinə səbəb olub.
Mask oktyabrın 28-də öz hesabında “Quş azaddır” (milyarder şirkətin loqosunu nəzərdə tutub) yazaraq "Tvitter" sosial şəbəkəsinin alınması ilə bağlı sövdələşmənin başa çatdığını elan edib. Bundan sonra o, artıq bir sıra dəyişikliklər etməyə müvəffəq olub. Mask şirkətə şəxsən rəhbərlik edir, top-menecerləri işdən çıxarıb və hesab doğrulmasının ödənişli olduğunu elan edib.
Sosial şəbəkə istifadəçiləri yeni qaydaları bəyənmədiyi üçün İlon Mask şirkəti alandan bəri bir milyondan çox istifadəçi hesablarını silib.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı



























.jpg)










