Magazin2
Yeni Firdevs xanım o olacaq - FOTO
İllər əvvəl “Aşk-ı memnu” serialında oynayan aktrisa Nəbahet Çehrənin Firdevs rolunu bu dəfə eyniadlı filmdə aktrisa Hande Ataizi canlandıracaq.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, layihədə Behlül rolunu oynamaq isə aktyor Boram Kuzuma təklif olunub. Madmazel obrazını isə Ebru Özkan Sabanın oynayacağı irəli sürülüb.
Qeyd edək ki, hadisələrin 1900-cü illərdə cərəyan edəcəyi layihədə Bihter obrazını Farah Zeynəb Abdullah, Nihal Ziyagil rolunu isə Helin Kandemir canlandırcaq.
Xatırladaq ki, 2008-2010-cu illərdə izlənmə rekordları qıran serialda Bihter obrazına Beren Saat həyat vermişdi. Nihal Ziyagili isə Hazal Kaya canlandırmışdı.
Onu da bildirək ki, “Aşkı Memnu” Halit Ziya Uşaklıgilin əsəridir. Əsərin ilk versiyası 1899-cu ildə “Servet-i Fünûn” dərgisində, daha sonra isə 1901-ci ildə kitab formasında təqdim olunub. Serialın ilk versiyası isə 1975-ci ildə çəkilib. 1 sezon yayımlanan ekran işi 6 bölümdən ibarət olub. Həmin serialda Bihter obrazını isə Müjde Ar canlandırıb.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO













.jpg)



















