Həm universitetdən qovuldu, həm də 2 il 5 ay həbsxanada yatdı
Bizi izləyin

Magazin2

Həm universitetdən qovuldu, həm də 2 il 5 ay həbsxanada yatdı

Türkiyənin məşhur kino ulduzu Halil Ergün etiraf edib ki, universitetdən siyasi baxışlarına görə qovulub.

Publika.az xəbər verir ki, aktyor bu barədə Haberler.com-un YouTube kanalında yayımlanan “Xəbər bəhanə” proqramında danışıb. Solçu olduğu üçün universitetdən atılan aktyor o illəri belə xatırlayıb:

"Solçu olduğum üçün məni məktəbdən qovdular. Yaşar Kamal və Orxan Kamalı oxuyurdum. Biz gənc adamlar idik, həyəcanlı idik. Qorxmaz bir gənc idim, sual verməyi çox sevirdim. Ailəm məni Ankaraya göndərdil. Mülkiyyəyə gedib siyasi elmlər fakültəsinə daxil oldum. Teatr karyeram fakültə həyatımla başladı. Biz sülhü, əməyi müdafiə edirdik və müstəqildik.

12 Mart Memorandumunda inqilabi teatr yaratdığıma görə həbs olundum. Siyasi sosializmi seçdim. 2,5 il həbsdə yatdım. Məhkəmədəki son müdafiəmdə yalnız bunu dedim: Orada yaşadıqlarımın və gördüklərimin adı insan həyatında işgəncədir. Orada nələr yaşadığımı sizə danışmaq istəmirəm. Kimsə danışanda da xoşuma gəlmədi. Bu nisbi bir şeydir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm