Şakira çəhrayı saçlı cazibədar su pərisinə çevrildi - VİDEO
Bizi izləyin

Magazin2

Şakira çəhrayı saçlı cazibədar su pərisinə çevrildi - VİDEO

Şakira çəhrayı saçlı cazibədar su pərisinə çevrildi - VİDEO

Şakira "Copa Vacía" (Boş Kubok) mahnısına çəkdirdiyi yeni klipində cazibədar su pərisinə çevrilib.

Publika.az xəbər verir ki, klip ulduzun rəsmi YouTube kanalında yer alıb.

Kadrda Şakira uzun çəhrayı saçlı və pullu quyruğu olan su pərisi obrazında görünüb. Mahnının yaradılmasında və klipin çəkilişində kolumbiyalı rəssam Manuel Turizo da iştirak edib.

Videonun süjetinə görə qəhrəman Turizo Şakiranı çirkli okeanda ölümdən xilas edir. Mahnının sözləri, münasibətləri "dolu qabdan" daha çox "boş fincan"a bənzəyən iki sevgili haqqındadır.

İddia olunur ki, "Copa Vacía" Şakiranın Jerar Pikedən olan övladlarına həsr etdiyi "Acróstico" mahnısının davamıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm