Magazin2
Qadağa götürüldü: Qalmaqallı serial geri qayıdır
“Now TV”nin qalmaqallı serialı - “Şakir Paşa Ailesi: Mucize ve Skandallar”ın yayım qadağası götürülüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın yayımçısı “Medyapım”la "Halikarnas Balıqçısı" kimi tanınan mərhum yazıçı Cevat Şakir Kabaağaçlının nəvələri arasında keçirilən təmaslar nəticəsində tərəflər razılığa gəlib. Ailə üzvləri şikayət iddiasını geri götürüblər.
Xatırladaq ki, “Now TV” daha öncə adıçəkilən seriala görə dəfələrlə Türkiyə Milli Radio və Televiziya Şurası tərəfindən cəzalandırılıb. Sonuncu dəfə ekran işinin yayımının 3 həftəlik dayandırılacağı açıqlanıb. Məhkəmə isə serialın yayımının tamamilə dayandırılması və yeni çəkilişlərin qarşısının alınması barədə qərar çıxarıb. Bundan sonra ekran işinin bütün bölümləri "Youtube" platformasından silinib.
Bütün bunlara səbəb ailənin serialın ssenarisinin həqiqətə zidd olduğunu və reputasiyaya hücum edildiyini əsas gətirərək məhkəməyə müraciət etmələri səbəb olmuşdu.
Yaxın günlərdə serialın yeni bölümlərinin yayımlanacağı gözlənilir.
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb











.jpg)
.jpg)

























.jpg)