Magazin2
Qazaxıstanlı model "Louis Vuitton"u ikinci dəfə fəth etdi - FOTO/VİDEO
Qazaxıstanlı model Dana Dobrinskaya Fransanın "Louis Vuitton" moda evinin "Color Blossom Fine Jewelry" kolleksiyasının reklam kampaniyasında iştirak edib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bu, artıq "Louis Vuitton" ilə ikinci işbirliyidir.
"Color Blossom Fine Jewelry" kolleksiyası simvolik Monoqram çiçək motivindən ilhamlanıb və bu il 27 yeni parça ilə genişləndirilib.
Dana Dobrinskaya Ust-Kamenoqorskda anadan olmuş qazaxıstanlı modeldir. O, modellik karyerasına 14 yaşında yerli nəşrlər və brendlər üçün fotosessiyalarda iştirak edərək başlayıb. 17 yaşında "Cassis Model Management" ilə müqavilə imzaladıqdan sonra Parisə işləməyə gedib və burada nüfuzlu "Elite Model World" agentlik şəbəkəsi ilə müqavilə imzalayıb.
Onun beynəlxalq debütü 2019-cu ilin fevral ayında Paris Moda Həftəsi zamanı "Dior" şousunda baş tutub. O vaxtdan bəri Dana dəfələrlə "Dolce & Gabbana", "Armani", "Giambattista Valli" və başqa brendlərin şoularında iştirak edib.
O, həmçinin "Vogue", "Elle", "Harper's Bazaar" və "Marie Claire" kimi jurnallarda çıxış edib.
Hüseyn İbadlı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı











.jpg)
























