Dünya
İsrailin nəticəsiz əməliyyatı: "Mossad" iranlı generalı öldürərək Qara dənizə atıb
İsrail kəşfiyyat xidməti “Mossad” 1986-cı ildən itkin düşən israilli pilot Ron Aradı tapmaq məqsədilə illərlə İranı hədəf alan gizli əməliyyatlar həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrə görə, “Mossad” Aradın taleyi ilə bağlı məlumat əldə etmək üçün İstanbulda iranlı general, keçmiş müdafiə nazirinin müavini Əlirza Əsgərini qaçırıb. Həftələrlə dindirilən generalın heç bir məlumat vermədiyi, daha sonra isə öldürülərək cəsədinin Qara dənizə atıldığı iddia olunur.
Ron Arad 1986-cı il oktyabrın 16-da Cənubi Livan üzərində “F-4 Phantom” qırıcı təyyarəsinin vurulması nəticəsində paraşütlə tullanıb və şiə "Amal" hərəkatı tərəfindən əsir götürülüb. İsrail uzun müddət onun sonradan İrana təhvil verildiyini ehtimal edib. Lakin 2004-cü ildə Hizbullah və İranın apardığı araşdırmalar zamanı Aradın 1988-ci ildə Livanın Nabi Şit kəndində öldüyü və həmin ərazidə dəfn edildiyi qənaətinə gəlinib.
Buna baxmayaraq, İsrail 2021-ci ildə Aradın taleyi ilə bağlı məlumat əldə etmək məqsədilə bu dəfə də iranlı komandir Abdullah Saberini qaçırıb. İsrailli agentlərin yükdaşıyan işçilər qiyafəsində Saberini narkotik maddə ilə huşsuzlaşdıraraq soyuducu qutusunda ərazidən çıxardıqları bildirilir. O, İsraildə dindirildikdən sonra Cənubi Afrikanın Yohannesburq şəhərində küçəyə buraxılıb.
Maraqlı məqam isə odur ki, İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet hələ illər əvvəl Aradın İrana aparılmadığı qənaətinə gəlib. Lakin bu nəticə hökumət səviyyəsində qəbul edilməyib və “Mossad” İranın hadisədə əli olduğu versiyasını araşdırmağa davam edib.
Lakin İsrailin illərlə davam edən əməliyyatları Ron Aradın taleyini aydınlaşdırmayıb.
Müəllif: Roza
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq













.png)


.jpg)


















.jpg)