İdman
Toyda mübahisə düşdü, samboçu öldürüldü - Şübhəli saxlanıldı
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı Vatsilov Davudovun qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Hadisə noyabrın 14-də “Maraş” restoranının yaxınlığında baş verib. 31 yaşlı idmançıya travmatik tapançadan atəş açılıb. Güllələrdən biri onun gicgah nahiyəsinə dəyib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Davudovun həyatını xilas etmək mümkün olmayıb.
Dağıstan üzrə İstintaq Komitəsi faktla bağlı qətl maddəsi ilə cinayət işi açıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Mahaçqalada yaşayan 23 yaşlı şübhəli saxlanılıb. İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyi planlaşdırır.
Məlumata görə, saxlanılan şəxs mərhum idmançının tanışı olub. TASS-ın mənbəsi bildirir ki, hər ikisi idmanla məşğul olub və aralarında münaqişə toy mərasimində yaranıb. Hadisəyədək onların ciddi problemi olmadığı bildirilir.
“Maş Gor” teleqram kanalının məlumatına əsasən, şübhəlidən iki il əvvəl də silah müsadirə edilib. Lakin o, sonradan yenidən travmatik tapança əldə edib və Davudova məhz həmin silahdan atəş açıb.
Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva isə ilkin məlumatlara görə, münaqişə iştirakçılarının hadisə zamanı sərxoş vəziyyətdə olduqlarını açıqlayıb.
Vatsilov Davudov Rusiyanın idman ustası olub və uşaqlıqdan döyüş sənətləri ilə məşğul olub. O, 2023-cü ildə sambo üzrə Rusiya çempionatında bürünc medal qazanıb. Bundan başqa, Şimali Qafqaz Federal Dairəsinin çempionu olub.
İdmançı cüdo yarışlarında da uğurlar əldə edib. 2016-cı ildə Avropa Kubokunun qalibi olan Davudov 2022 və 2023-cü illərdə Rusiya Kubokunda bürünc medala sahib çıxıb.
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?














.jpg)
























