Böyük Britaniyanın Aİ-yə qayıtmasının bədəli ağır olacaq? - İsanları yanıldan proqnozlar verilir
Bizi izləyin

Avropa

Böyük Britaniyanın Aİ-yə qayıtmasının bədəli ağır olacaq? - İsanları yanıldan proqnozlar verilir

Böyük Britaniyanın Aİ-yə qayıtmasının bədəli ağır olacaq? - İsanları yanıldan proqnozlar verilir

Böyük Britaniyanın Avropa İttifaqına yenidən qoşulması ölkəyə həftədə 750 milyon funt-sterlinqə (təxminən 1 milyard dollar) başa gələ bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.

Bildirilir ki, bu qənaətə Brexit tərəfdarı olan hərəkatın veteranları tərəfindən yaradılmış “Stay Out” qrupunun ekspertləri gəliblər.

Bu nəticə Avropa Komissiyasının 2028-2034-cü illəri əhatə edən və həcmi 2 trilyon avro təşkil edəcək Aİ-nin uzunmüddətli büdcəsi ilə bağlı təklifinin təhlilinə əsaslanır. Qrup Böyük Britaniyanın ittifaqa qayıtmasının büdcənin həcmini artıracağını və ölkənin maliyyə töhfəsinin onun iqtisadi imkanlarına uyğun olacağını ehtimal edir.

Qeyd olunur ki, 750 milyon funt-sterlinqlik məbləğ vergilər çıxılmadan hesablanıb və fermerlərə subsidiyalar, elmi tədqiqatlar üçün qrantlar kimi Böyük Britaniyaya geri qaytarılmalı olan vəsaitlər nəzərə alınmayıb. Başqa sözlə, hesablamalarda əsas diqqət xərclərə yönəldilib, lakin ölkənin ən böyük ticarət tərəfdaşı ilə ticarət əlaqələrinin yaxşılaşmasının daha geniş iqtisadi təsiri nəzərə alınmayıb.

Avropa İslahatları Mərkəzinin eksperti Con Sprinqford bildirib ki, bu cür proqnozlar insanları yanıldır. Onun sözlərinə görə, hesablamalarda yalnız Böyük Britaniyanın Aİ büdcəsinə potensial töhfəsi əsas götürülür. Halbuki ittifaq fondlarından əldə ediləcək gəlirlər, Brexit nəticəsində yaranmış ümumi iqtisadi itkilər, eləcə də Aİ-yə qayıdışın mümkün iqtisadi faydaları da nəzərə alınmalıdır.

Onun hesablamalarına görə, Böyük Britaniyanın Aİ-dən çıxması nəticəsində həftəlik iqtisadi itkiləri 3-3,5 milyard funt-sterlinq təşkil edir. Bununla yanaşı, itirilmiş iqtisadi fəaliyyət nəticəsində əldə oluna biləcək 1-1,3 milyard funt-sterlinq həcmində əlavə vergi gəlirlərindən də məhrum olunur.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm