Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
Bizi izləyin

Cənubi Qafqaz

Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir

Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir

“Rusiya Ermənistanın dəmir yollarını bərpa etmək istəmir”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ruben Rubinyan deyib.

Onun sözlərinə görə, hazırda ölkənin dəmir yollarının bərpasına ehtiyac var.

“Ermənistanın dəmir yolu şəbəkəsini Rusiya şirkətləri idarə edir, lakin bu şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi ölkəmizin tranzit zonasına çevrilməsinə maneələr yaradır. Bu, geosiyasi yox, iqtisadi məsələdir. İqtisadi rəqabət qabiliyyətimizi qorumaq və ya qazanmaq üçün müəyyən səviyyəyə çatmalıyıq.

Rusiyaya, yaxud bu ölkənin Dəmir Yollarına heç bir etirazımız yoxdur, amma təcrid olunmuş vəziyyətdə qalmaq istəmirik. Tranzit imkanlarımızı itirməmək üçün həll yollarını tapmalıyıq”, - o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm