Maraq dünyası
Yer üzünün ən qəribə canlıları - - FOTOLAR
Təbiətdə sağ qalmaq üçün daim bir-birilə mübarizə aparan canlılardan bəziləri haqqında demək olar ki, çox az məlumata sahibik. Onlar xüsusi özünü müdafiə üsulları ilə digərlərindən seçilir.
Publika.az sizə təbiətdə nadir hallarda rast gəlinən heyvanlar haqqında maraqlı faktları təqdim edir:
1. Armadilon adlanan bu heyvan ilk baxışdan silahlı döyüşçünü xatırladır. Maraqlı bədən quruluşuna malik olan heyvan çarpaz və çoxbucaqlı pulcuqlardan ibarət sərt qabıqla örtülüdür. Ümumi quruluşuna görə tısbağanı xatırladan heyvan, ondan iki ayaq üzərində yeriyə bilməsi ilə seçilir. Armadilloların bədəni təbiətə qarşı bir növ zirehlə qorunur. Heyvanın bel nahiyyəsində yerləşən sərt pulcuqlar təhlükə qarşısında top kimi yuvarlanaq qalxan formasını alır.
Uzun burun quruluşuna malik heyvanın ön dişləri yoxdur. Yalnız azı dişləri olan heyvan təbiətdə tapdığı bitki və həşəratlarla qidalanır. Güclü dırnaqları vasitəsilə qarışqa yuvalarını, eləcə də, torpağı qazaraq asanlıqla yeraltındakı həşaratları yeyirlər. Qurbağalara xas dil quruluşuna malik heyvan uçan həşəratlarıda asanlıqla tuta bilir. Meksika əhalisi Armadilonun ətini yeməyi xoşlayır. Onlar üçün bu heyvan çox dəyərli və dadlıdır.
2. Çanağında təbii mirvarilər yaranan dənizin dərinliklərində yaşayan su ilbizi maraqlı quruluşa malikdir. Dünyada ən bahalı zinət əşyaları mirvarilər hesab olunur. Təbii mirvarilər yeganə zinət əşyalarıdır ki, insan əli dəymədən təbii şəkildə ilbizlərin içərisində emal olunur. Şəkildə gördüyünüz heyvan sərt qabıqlarının arasından dilini uzadaraq stola tökülmüş duzu yeyib. Həmin maraqlı anlar lentə alınıb. Əslində heyvan dilini ayaq funksiyasını yerinə yetirmək üçün istifadə edir.
3. Hindistanda rast gəlinən bu xərçənglər təəssüf ki, yox olma təhlükəsi ilə qarşı-qarşıyadırlar. Kral xərçəngi hesab olunan bu heyvanların çəkisi 8 kiloqramdır. Ayaqları daxil olmaqla uzunluqları 1.5 metrə çatır. Kral xərçəngləri sərtliyi ilə seçilən hind qozunu asanlıqla qırıb yeyə bilirlər. Hind qozu ilə qidalanan xərçəngləri bəzi əyalətlərdə hətta hindistan qozu xərçəngi də adlandırırlar. Nəsli kəsilməkdə olan bu heyvanlar həyatda qalmaq üçün mübarizə aparır. Təbiətdə onlardan çox azsayda qalıb.
4. Bu heyvanın dünyada tanınan adı "Aye-Aye"dir. Bizim dilimizdə də Ay-ay kimi tərcümə edilir. Heyvan uzun barmaqlı heyvanlar sırasında yer alır. Bu sinfə daxil olan heyvanların yaşayan son üzvü desək, daha doğru olar. Bu heyvanın da nəsli tükənmək üzrədir. Heyvan Madaqaskar meymununa bənzəyir. Gəmirici dişləri və iti dırnaqları ilə ağacdələnin vəzifəsini yerinə yetirir. Əsasən gecə saatlarında ortaya çıxan heyvanlar hissləri ilə hərəkət edir. Boyları təxminən 40 santimetr uzunluğunda olur. Bu hardasa pişik balasının ölçülərinə bərabərdir. Seyrək kürkə malik heyvan tünd qəhvəyi və ya qara rəngdə olur. Ağacların budaqlarında yaşayan bu heyvanlar yuvalarını əsasən dairəvi formalarda düzəltməyə üstünlük verirlər. Balalama dövründə yalnız bir bala dünyaya gətirirlər.
5.Tənbəl heyvan olaraq bilinən maraqlı canlılar Cənubi Amerikada yaşayırlar. Yer üzündəki bütün məməli heyvanlar arasında ən yavaş hərəkət edən canlılardır. Saniyə ərzində ən çox yarım metr məsafə qəth edə bilirlər. Bu heyvanlar günün 15-18 saatını yataraq keçirtməklə dünyanın ən tənbəl heyvanı seçiliblər. Onların bəziləri tənbəllikdən nə su içir, nə də yemək yeyir. Məlumatlara görə onların arasında bu tənbəllik səbəbindən acından ölənlər olub. Onlar təbiətdə ən zərərsiz varlıqlar hesab olunur. İti və uzun dırnaqları sayəsində ağac budaqlarında yarasalar kimi başı aşağı şəkildə yaşayırlar. Daim başı aşağı qalan heyvanların daxili orqanları kimi tükləridə tərs istiqamətə doğru çıxır.
Könül Cəfərli
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək














.jpg)
.webp)
























