Maraq dünyası
Qara dəniz rəngini dəyişdi – QLOBAL TƏHLÜKƏ - FOTO
Dünyanın gömgöy dənizi - Qara dəniz rəngini dəyişib. Bəzi yerlərdə açıq göy olması ilə yanaşı, firuzə rəngli ləkələr bütün perimetr boyu görünür. Ləkələr Ukrayna, Bolqarıstan və Rumıniya sahillərində daha qabarıq nəzərə çarpır. Krasnodar diyarının kurortlarında və Qafqazın sahillərində isə bir qədər seyrəkdir.
Publika.az xəbər verir ki, rəng dəyişməsini NASA-nın “Aqua satellite” peyki qeydə alıb.
Qara dəniz inkişaf edir. Firuzəyi rəng onun suyuna mikroorqanizmlər verir, əsasən – kokkolitoforidlər, yəni, birhüceyrəli plankton yosunlar. Həyat fəaliyyəti prosesində onlar günəş işığını yaxşı əks etdirən zərif, ağ pərdələrə bürünürlər. Bununla bağlıdır ki, kokkolitoforidlərin çoxluğunda adama həm də elə gəlir ki, sanki suya süd töküblər.
Kokkolitoforidlər acı deyil. Onlarla bütün dəniz canlıları qidalanır. Amma bu planktonun azalması suda oksigenin də azalmasına gətirib çıxarır ki, bu da öz nəvbəsində dənizin canlı aləmi üçün fəlakətli ola bilər. Estetik baxımdan da rənglərin dəyişməsi ürəkaçan deyil. Axı Qara dəniz elə öz bənzərsiz gömgöy suyu ilə fərqlənirdi.
Kokkolitoforidlər həm fotosintez hesabına, həm də karbon qazından bəhrələnərək kalsium karbonat istehsal edir. Atmosferdə karbon qazı çoxaldıqca həmin bu yosunlar da törəməyə başlayır. Alimlər 200 il ərzində 40 faizlik artım qeydə alıblar.
Fərziyyələrdən birinə görə, fotosintezi gücləndirərək, bizim planetimiz qlobal istiləşməyə qarşı müqavimət göstərməyə çalışır. Qlobal istiləşmənin günahı təbii ki, parnik effekti verən karbon qazıdır. Yosunlar qaz işlədərək, fəlakətin qarşısını bir növ almağa çalışırlar.
Quruda yerləşən bitki örtüyü də qarşıdurma prosesində iştirak edir. Bunu Kaliforniya universitetinin alimləri hesablayıblar. “Nature” jurnalında dərc olunan nəticələrə əsasən həmin 200 il ərzində, - o vaxtdan sənayeləşmə başlayıb - bitkilərin karbon qazını udma prosesi 30 faiz artıb.
Planet özü-özünü xilas etməyə çalışır, amma təəssüf ki, fotosintez artımı elə böyük deyil ki, süni qlobal istiləşmənin qarşısını ala bilsin yaxud ziyanı kompensasiya edə bilsin.
Zaur H.
-
İdman22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...











.jpg)









.jpg)
















.jpg)
