Maraq dünyası
Limonad satdığı üçün cərimələnən 5 yaşlı qıza onlarla iş təklifi gəldi
İngiltərənin paytaxtı Londonda limonad satan 5 yaşlı qıza onlarla müəssisə tərəfindən iş təklifi gəlib.
Publika.az xəbər verir ki, Andrey Spayser adlı müəssisə müdiri qızına Londonda təşkil edilən “Lovebox” festivalının yaxınlığındakı səkidə limonad stendi açmağa icazə verib. Lakin stendin açılması üçün gərəkli icazə kağızı olmadığından bələdiyyə işçiləri qızcığaza cərimə protokolu yazıb.
Nə baş verdiyini dərk edə bilməyən balaca qız ağlamağa başlayıb. Atası isə stendi söküb və qızını evə aparıb.
Bundan xəbərdar olan Tover Hamlets bələdiyyəsi işçilərinin adından qızcığazdan üzr istəyib və cərimə protokolunu ləğv edib.
Hadisənin mediada yer almasının ardınca 5 yaşlı qıza onlarla festival və fabrik rəhbərlərindən iş təklifi gəlib. Onlar Spayser ailəsindən müəssisələrində və festivallarda limonad stendləri açmalarını rica ediblər.
Andrey şəxsi tvitter hesabından “dünyanın dörd bir yanından gözəl insanların yolladığı dəstək mesajları bizi çox xoşbəxt etdi. Onlarla festival bizə limonad stendi açmağımızı təklif etdi. Ümid edirəm ki, bu təklifi bizdən başqa stend açanlara da edəcəklər” paylaşımını edib.
Londonun önəmli turistik mərkəzlərindən olan və müxtəlif çeşidli yeməklərin satıldığı “Borough” marketlər şəbəkəsi isə Spayser ailəsinə müraciət edərək “qızınız marketlərimizdə limonad satmaq istəyərmi? Bunun gerçəkləşməsini istəyirik” təklifini edib.
Zümrüd
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO