Maraq dünyası
Müsəlmanların dünyaya bəxş etdiyi MÖHTƏŞƏM İCADLAR - FOTOLAR
İngiltərənin məşhur media orqanlarından olan “İndependent” müsəlman ixtiraçıların Avropa və dünya tarixini dəyişdirən kəşflərinin siyahısını hazırlayıb.
Publika.az xəbər verir ki, siyahıda müsəlman alim və ixtiraçılara aid 17 icada yer verilib.
GÖZ
Qədim Yunasıtanda insanlar gözdən şüaların çıxdığını və bunun sayəsində görmə qabiliyyətimizin olduğunu zənn ediblər. Lakin 10-cu əsrdə yaşayan müsəlman alim İbn Haytam işığın gözə daxil olaraq orada qırılması və bunun sayəsində dünyanı görə bildiyimizi iddia edib. Alim qaranlıq otaq və işıq oyunları ilə görüntü əldə etmək üsulu ilə bu iddiasını sübuta yetirib.
ŞAHMAT
Şahmatın hindistanlılar tərəfindən kəşf edildiyi bilinsə də, bugünkü şahmat tərzi ilk dəfə İranda meyadana çıxıb və buradan qərb ölkələrinə yayılıb. 10-cu əsrdə ispanlar Əməvilər sülaləsi sayəsində şahmatla tanış olub.
UÇMAQ
Uayt qardaşlarının ilk dəfə uçmağa cəhd etməsindən düz 1000 il öncə, 852-ci ildə Abbas İbn Firnas adlı ərəb düzəltdiyi taxta qanadlarla Kordovadakı Ulu məscidin minarəsindən havaya qalxmağa cəhd göstərmişdi. Uçmağı ümid etmişdi, ancaq uça bilməmişdi. Ancaq taxta qanadların verdiyi paraşüt təsiri sayəsində xəfif şəkildə yerə enmişdi. O, 875-ci ildə 70 yaşında ikən bu dəfə ipək və qartal lələklərindən düzəltdiyi qanadlarla bir uçurumdan tullanıb və 10 dəqiqə havada süzməyi bacarıb.
SABUN
Xaç yürüşlərində xristian əsgərləri görən müsəlmanları dəhşətə gətirən şey onların hücumları deyil, avropalıların nadir hallarda çimməkləri və vücudlarının çox pis qoxu verməsi olub.
MAYELƏR
Maye halında olan maddələri müxtəlif qaynama dərəcələrinə görə ayırd edənlər də ilk dəfə müsəlman elm adamlarının içindən çıxıb. Bu işin təməlini qoyan isə Cabir ibn Həyyan adlı alim olub. O, keçirdiyi sınaqlarla müasir kimyanın qurucusu rolunu oynayıb.
MİL SİSTEMİ
Düz hərəkəti fırlanan hərəkətə çevirən mil sistemi ilk dəfə islam alimi Əl-Ciziri tərəfindən düzəldilib və bu sistem daxili yanma mühərriki icadına qədər bütün dünyadakı mexaniki cihazların təməl prinsipi olub.
GEYİM
Geyimlərin əsas parçası ilə astarın arasına dolğu maddəsi vurmaq Yaxın Şərqdə meydana gəlib.
QƏHVƏ
Rəvayətə görə, Cənubi Efiopiyanın Qəffa bölgəsində yaşayan Xalid adlı ərəb çoban qoyunlarının bir bitkini yedikdən sonra enerjili olduğunu, canlandığını görüb. Xalid bu bitkini toplayıb və onu qaynadaraq içib. Qəhvə ilk dəfə gecələr oyaq qalaraq dua etmək istəyən sufilər tərəfindən məişətdə istifadə edilib. 1645-ci ildə Venesiyaya qədər gedib. İngiltərənin paytaxtı Londonda isə ilk qəhvəxananı bir türk açıb.
QÜBBƏ və KƏMƏR
Qübbə və kəmər formasındakı memarlıq abidələri İslam memarlığının dünyaya töhfəsidir. İngiltərə kralı V Henrinin sarayının memarı belə müsəlman olub.
CƏRRAHİYYƏ ALƏTLƏRİ
Bu gün dünyanın hər yerində istifadə edilən əsas cərrahiyyə alətlərinin dizaynları Əndəlüs əməvilərindən olan Əl-Zöhrəvidir. Neştər, sümük mişarları, göz əməliyyatı üçün qayçılar və buna bənzər 200 cərrahi alət hələ də müasir tibbdə istifadə edilir.
Heyvan bağırsaqları ilə tikişlərin öz-özünə itdiyini də Zöhrəvi kəşf etmiş və heyvan bağırsaqlarından ilk kapsul düzəldib. 13-cü əsrdə İbn Nafis adlı alim isə qan dövranını kəşf edib.
YEL DƏYİRMANI
Yel dəyirmanı ilk dəfə İranda kəşf edilib və ərəb ölkələrində inkişaf etdirilib. Avropada ilk yel dəyirmanı 500 il əvvəl istifadəyə verilib.
PEYVƏND
İlk dəfə peyvənd İslam dünyasında istifadəyə verilib. Suçiçəyi peyvəndinin Avropada istifadə olunmasından 50 il əvvəl Osmanlı imperatorluğunda uşaqlara suçiçəyinə qarşı iynə vurulub.
QƏLƏM
İlk qələm 953-cü ildə əllərini mürəkkəblə çirkləndirməkdən bezən Misir sultanının istəyi ilə icad edilib.
ALQORİTM
Alqoritm və Triqonometriya da İslam dünyasından Avropaya yayılıb.
ÜÇ ÇEŞİD YEMƏK
Əli ibn Nəfi İraqdan İspaniyanın Kordova şəhərində gələndə Avropa ilk dəfə bir öyündə üç çeşid xörək yemək mədəniyyəti ilə tanış olub. İbn Nəfinin menyusu şorba, daha sonra balıq və ya ət, ondan sonra isə meyvə və çərəzdən ibarət olub. Avropada ilk şüşə fincanlar da bu dövrdə istifadə edilib.
XALÇA
Evin dizaynında olmazsa-olmazlardan sayılan xalça da müsəlmanlar tərəfindən dünyaya bəxş edilib. Xalça toxunmasının bütün texnikaları müsəlmanlara aiddir.
QƏBZ
Müasir bank sistemində və alış-veriş mərkəzlərində istifadə edilən qəbzlər ilk dəfə ərəb ölkələrində istifadə edilib və “sak” adlandırılıb.
-
Nəqliyyat07:35
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ! - VİDEO
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ