Maraq dünyası
Dünyanın ən xoşbəxt xalqı bu ölkədə yaşayır
Əsrarəngiz və məhəbbət ölkəsi Butan Hindistanla Çinin sərhəddində yerləşir. 1974-cü ildən isə yalnız turistlərin ixtiyarına verilib. Bu gün Butana səfər etmək arzusunda olanlar bir sıra rəsmi sənədlər imzalamalı, həmçinin bank hesabında müəyyən məbləğdə pula sahib olmalıdırlar. Ölkı sərhədləri açıq olsa da, kral bu yolla vətənini potensialı zəif turistlərdən qoruyur.
Publika.az göyqurşağının rənglərinə bürünən Butan haqda bir sıra faktları təqdim edir.
1999-cu ilədək ölkədə televiziya və internet qadağası olub. Bununla belə Butanda nə o zamanlar, nə də indi bədbəxt insana rast gəlmək mümkün deyil. Butan televiziya və internet imkanlarından ən gec yararlanmağa başlayan ölkədir.
Ölkədə Xoşbəxtlik nazirliyi fəaliyyət göstərir. Butan hakimiyyəti əlahisinin qeydinə qalmaq məqsədilə 2008-ci ildə Ümumi Xalq Xoşbəxtliyi Komissiyası təşkil edib. Əhalinin qeydə alındığı anketdə həyatından nə qədər razısan adlı sual və cavab xanaları var. Bu da azmış kimi Xoşbəxtlik nazirliyi fəaliyyət göstərir. Bu mövzu hakimiyyətin birbaşa maraq dairəsindədir. Həyat səviyyəsi sözü isə xoşbəxtliklə əvəzlənib. Yəni insanlar güzəranlarını məmnunluqlarına əsasən təyin edirlər. Bura isə təbii ki, maddi və mənəvi nemətlər daxildir.
Ölkədə qadınlara xüsusi rəğbət var. Ailənin bütün mirası evin böyük qızına qalmalıdır. Siqaret çəkmək qadağandır. Ekologiyanın qorunmasına xüsusi diqqət ayrılır.
Butanda küçədə yaşayan insan yoxdur. Əlindən mülkü alınanlar birbaşa krala müraciıt edirlər. Kral onları torpaq sahəsi ilə təmin edir. Ölkənin hər bir vətəndaşı pulsuz tibbi xidmətdən faydalanır. Burada ənənəvi və klassik tibb növləri tətbiq olunur. Butan əhalisi rəngbərəng milli geyimlər geyinib sarı günəşin damcıları altında çimirlər.
İndi anladınızmı, niyə butanlılar dünyanın ən xoşbəxt xalqıdır?
Leyla Sarabi
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı



































.jpg)
