Maraq dünyası
“Mateo Falkone” filmi yeni versiyada təqdim edildi - - FOTO
Mayın 22-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor Tofir Tağızadənin 100 illiyi münasibəti ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirdi ki, Mateo Falkone filmi Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb. Film keçmiş sovet dövrünün ən kəskin vaxtlarında ekranlaşdırılıb. 19 dəqiqəlik "Mateo Falkone" qısametrajlı filmi ölkəmizdə BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir. Filmin yeni versiyasının bərpasına üç aydan çox vaxt sərf edilib və bunu məşhur rejissor Tofiq Tağızadənin anadan olmasının 100 illiyinə həsr etmişik. Təqdimatda Oqtay Mirqasımov, Fəxrəddin Manafov, Sabir Rüstəmxanlı, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Eldar Quliyev, Ayaz Salayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Azərbaycanfilm Kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxışında Azərbaycan kinosuna yeni nəfəs verdiyinə görə Vahid Mustafayevə təşəkkür edərək bildirib: "Sevinirəm ki, Vahid kimi mədəniyyətin qayğısına qalan bir insan var. Minnətdaram. Bu film dovlet tərəfindən sifariş verilməyib. Bu filmi Balans Studiyası özü bərpa edib” Mateo Falkone bərpa edilmiş filmin nümayişindən əvvəl, tamaşaçılara bərpa prosesinin incəliklərini əks etdirən Film haqqında Film nümayiş etdirildi. Tamaşaçılar Balans Studiyasının filmin səs, rəng, musiqi, dialoqlarının xüsusi avadanlıqlar vasitəsi ilə necə bərpa edildiyini lentin mövcud və bərpadan sonrakı vəziyyətini əyani olaraq gördülər. Xatırladaq ki, film BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına fond, ANS Şirkətlər Qrupu, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, AMKAD və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
















.webp)






















