Maraq dünyası
Məşhur romanın ilk nəşri 580 min dollara satıldı
Aleksandr Puşkinin “Yevgeni Onegin” romanının ilk nəşri “Сhristie's” satış evinin Londonda keçirdiyi hərracda 467,3 min funt sterlinqə (580 min dollara) satılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, satış evi iyulun 9-da keçirilən “Rus ədəbiyyatının qızıl əsri” hərracında ümumilikdə 2,27 milyon funt sterlinq gəlir əldə edildiyini bildirib.
1825-ci ildə Sankt-Peterburqun Xalq Maarifi Departamenti tərəfindən çap olunan roman ilkin qiymətindən üç dəfə baha satılıb.
Nikolay Qoqolun “Dikanka yaxınlığında xutor axşamları” iki cildlik kitabının 1831-1832-ci illərdə çap olunmuş nadir nəşrinin satış qiyməti isə ilkin qiymətini iki dəfə üstələyib.
Londonda keçirilən hərraca ümumilikdə Avropada şəxsi kolleksiyalarda saxlanan 120 nadir çap nümunəsi, o cümlədən Mixail Lermontov, Fyodor Dostoyevski, Lev Tolstoy və digər müəlliflərin əsərləri çıxarılıb.
Rus incəsənətinin nümunələri kolleksiyaçılar arasında ənənəvi populyarlığa malikdir. Belə ki, iyunun əvvəllərində Londonda təşkil olunan və “Christie's”, “Sotheby's”, “MacDougall's”, “Bonhams” satış evlərinin iştirak etdiyi rus incəsənəti nümunələrinin bahar hərracında əldə olunan gəlir 35,74 milyon funt sterlinq (45 milyon dollar) təşkil etmişdi.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO


















.jpg)
















