Maraq dünyası
51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi - FOTO
Rusiyanın Adıgey Respublikasında 51 yaşlı qadın ilk dəfə ana olub. Uzun müddət sonsuzluqdan əziyyət çəkən qadın süni mayalanma (EKO) prosedurundan sonra əkiz dünyaya gətirib.
Publika.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qadın Maykop şəhər Klinik Xəstəxanasının poliklinikasının mütəxəssislərinin göndərişi əsasında pulsuz EKO prosedurundan keçib. Həkimlər hamiləlik müddətində onun səhhətini daim nəzarətdə saxlayıblar.
Doğuş hamiləliyin 37-ci həftəsində baş tutub. Dünyaya gələn əkizlər fərqli cinsdədir: oğlan uşağının çəkisi 2600 qram, boyu 48 santimetr, qız uşağının isə çəkisi 2050 qram, boyu 47 santimetrdir.
Qeyd edək ki, Rusiyada EKO proseduru icbari tibbi sığorta sisteminə daxildir. Qadınlar həkim müayinələrindən sonra bu prosedur üçün kvota əldə edə bilirlər.
Tibbdə oğlan və qız əkizlərin dünyaya gəlməsi dizigotik, yəni iki ayrı yumurta hüceyrəsindən inkişaf edən əkizlik adlanır. Xalq arasında isə belə əkizlərə “kral əkizləri” deyilir. Bu adlandırma hər iki cinsdən uşağın eyni vaxtda dünyaya gəlməsini ifadə edir.
Adəm

-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər


























.jpg)














