Maraq dünyası
Azərbaycan folklorunun heç kimin bilmədiyi DAHA BİR QOLU üzə çıxdı
“XX əsrin 80-ci illərinə qədər Azərbaycanın Xəzər sahili bölgələrində yaşan insanlar arasında dənizçi nəğmələri yaşayırdı. Bu nəğmələrin qeydə alınıb-alınmadığını bilmirəm. Ancaq bizdə dənizçi nəğmələrinin olması çox maraqlıdır”.
Publika.az xəbər verir ki, bunu tarixçi alim Əkbər Nəcəf sosial media hesabında qeyd edib.
Alim bildirib ki, burada maraqlı məqam belə nəğmələrdə "dəniz ilahı" anlayışı olaraq "Yahu" çağrışından istifadə edilməsidir: “Ehtimal ki, ərəbcə Allaha xitab mənasında keçən, daha sonra təsəvvüftə zikr olaraq istifadə edilən "Ya Hu" həmin insanların dilində dənizə, xüsusilə də balığa çıxarkən bir növ "Allahdan bərəkət nidası" olaraq səsləndirilib”.
Belə nəğmələrdən ikisi mövcuddur:
Yahu röyama girdi,
Yahu sirrimi bildi,
Dəryalara tor atdım,
Yahu üzümə güldü.
***
Kətan üzüldü, Yahu!
Suya düzüldü Yahu!
Qayığım yelə düşdü,
Buruldu selə düşdü.
Zümrüd
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO















.jpg)






















