Maraq dünyası
NASA-dan Yerə yaxınlaşan cisimlə bağlı İLGİNC PROQNOZ - Toqquşma əsnasında...
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bəşəriyyətə ziyan vurma ehtimalı yüksək olan asteroidlərin əvvəlcədən təsbit edilə bilməsi üçün fəaliyyətə başlayacağını açıqlayıb.
Publika.az xəbər verir ki, NASA alimləri NEO (dünyaya yaxın obyekt) adlandırılan bu cisimləri yaxından araşdırdıqlarını bildirib.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi bu məqsədlə, reallaşdıracağı yeni layihəyə 35,6 milyon dollar vəsait ayırıb. Dünyaya yaxın “Obyekt Müşahidə Vəzifəsi” (NEO Müşahidə Vəzifəsi) adlı missiyası üçün yeni peyk kosmosa göndəriləcək. Bu peyk dünyaya yaxın olan asteroidləri ovlayacaq.

Dekabrın 20-də ABŞ prezidenti Donald Tramp NASA-ya 22,6 milyard dollar əlavə qaynaq yaradan “mikroavtobus” xərcləmə qanunu qəbul edib. Vəsaitin 2,7 milyard dolları NASA-nın layihələrinə xərclənəcək.
ABŞ Konqresi NASA-nın 140 metrdən daha böyük diametrə sahib olan bütün NEO-ları kəşf etməsini istəyib. Həmin cisimlərin toqquşma əsnasında Yeri yox edə biləcəyi ifadə edilib.
NEO Müşahidə Vəzifəsi Arizona Universitetindən idarə olunacaq. Vəzifə rəhbəri isə Emi Maynçer olacaq.
Məhərrəm Əliyev
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO















.jpg)



















