Maraq dünyası
Misirdə fironların paradı keçirildi - VİDEO
Misirdə 22 fironun mumiyası xüsusi parad mərasimilə daşınıb.
Publika.az Kult.az-a istinadla xəbər verir ki, "Qızıl səfər" adlandırılan paradda aralarında II Ramzesin də olduğu 22 fironun mumiyası Qahirə Muzeyindən Fustat şəhərindəki Misir Milli Sivilizasiya Muzeyinin sərgi mərkəzinə antik Misir tərzində dekorasiyaya edilmiş karvanla daşınıb.
Antik hökmdarların əzəmətinə uyğun olaraq parad 21 top atəşilə ilə başlayıb. Təhrir meydanı yanından Nil çayı boyu gedən paradı Misir Prezidenti Əbdülfəttah Sisi qarşılayıb və salamlayıb. Sonra parad Misir Milli Sivilizasiya Muzeyinə doğru hərəkət edib.
Mumiyaları 60 motosiklet, 150 at və tanınmış Misir maestrosu Nadir Abbasın rəhbərlik etdiyi musiqi ansamblının müşayət edib.
Misirin 12 yüksək dövlət nümayəndələrinin iştirak etdiyi 40 dəqiqəlik tədbir dünyanın hər yerindən 200-dən çox televiziya kanalı tərəfindən yayımlanıb.
Misir Milli Sivilizasiya Muzeyi İdarə Heyətinin sədri Əhməd Qanim bunun Misir tarixində kralları bir yerə toplayan ilk parad olduğunu deyib.
Misir Turizm Nazirliyinin məlumatına görə, sözügedən mumiyalar 1871 və 1898-ci illərdə Misirin cənubunda iki qrup halında tapılıb.
-
Dünya13:24CHP parçalanma və kütləvi istefa astanasında - Kılıçdaroğlu geri dönür?
-
Nida Xəbər 12:59Tokayevdən Bakı və İrəvana çağırış: Tez imzalayın
-
Dünya12:40İsrail mətbuatı Türkiyənin "Ejder"indən yazdı: "Təkərli canavar"dır - VİDEO
-
Dünya11:47Trampın gizli planı üzə çıxdı: Avropa şokda, 4 ölkə hədəfdə
-
MDB11:10Paşinyan bu dəfə Moskvada velosiped sürdü - VİDEO
-
MDB10:50Məşhur ekstrasensin 2026-cı il proqnozu: Rusiyada görün nə baş verəcək
-
İdman10:44Braziliya klubu "Qarabağ"la danışıqlara başladı: Ançelottinin istəyi ilə
-
Köşə09:12Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır







































