Maraq dünyası
Müasir dövrə öz tövhəsini verən xalq: Romalılar haqqında bilinməyən FAKTLAR
Roma İmperiyası antik dövrün ən güclü və ən militarist dövləti olmuşdur. Müasir dövrdə istifadə etdiyimiz bəzi şeylər romalılar tərəfindən ixtira edilib. Yaxın və uzaq tarixdə bir çox xalqlar Roma ənənəsi əsasında dövlətlərini qurmuş, məhz ondan ilhamlanaraq dövlətin əsas atributlarını yaratmışlar.
Publika.az Roma imperiyası ilə bağlı bilinməyən faktları təqdim edir.
Kərpici ilk dəfə romalılar istehsal edib
Qərbi Avropada romalılar yunan kafel formalarını mümkün qədər inkişaf etdirmişdilər. Xüsusilə yuvarlaq plitələrin bugünkü istehsal keyfiyyətinə demək olar ki, yaxın olduqlarını söyləyə bilərik. Kafel və kərpic üçün ilk standartlar Romalılar tərəfindən hazırlanmış və tətbiq edilmişdir. Qalınlığın yaratdığı qurutma və bişirmə problemlərini həll etmək üçün yollar axtarmağa başladılar. Bu araşdırmalar nəticəsində mümkün qədər incə, lakin əvvəlkindən qat-qat möhkəm materiallar ortaya çıxardılar.Kərpic və kirəmiti İspaniyaya, İngiltərəyə, Fransaya, Belçikaya və Almaniyaya gətirən və onun istifadəsini geniş vüsət alan Romalılar olmuşdur. Romalılar yaşayış yerlərində, hamamlarda və tağlarda kərpicdən ecazkar əsərlər yaradıblar. Günümüzə qədər gəlib çatan bu əsərlər Romalıların kərpic istehsalı və sənətkarlığında nə qədər inkişaf etmiş olduqlarını sübut edir. O dövrdə bina tikintisində çalışan romalı legionerlər gündə adambaşına 120-140 iri ölçülü və 220-240 kiçik ölçülü kərpic istehsal edirdilər. Bir müddət sonra kərpic yalnız tikinti üçün istehsal olunan tikinti materialı olmaqdan çıxdı və satış üçün hazırlandı. Bir müddətdən sonra 100 kilometr uzaqlıqda olan ərazilərə belə göndərilməyə başladı. Dəniz və çay yolu ilə uzaq rayonlara ixrac edildi.
Yemək yemə formaları fərqliydi
Romalılar yeməklərini divanda uzanaraq, əlləri ilə yeyirdilər. Bəzən qaşıqdan istifadə edirdilər, amma heç vaxt bıçaq və çəngəldən istifadə etmirdilər. Zəngin Romalılar leyləklər, qızardılmış tutuquşular və hətta flaminqolar kimi ekzotik yeməklər yeyirdilər.
Atanın ailə üzərində hökmü çox böyük idi
Atalar övladlarını evləndirə, boşandıra və hətta öz uşaqlarını köləliyə sata bilərdilər. Öz ailələri olan yetkin oğullar belə, ataları sağ olduğu müddətdə öz ailələrinin atası hesab edilmirdilər.
Romalı qadınlar səsvermədə iştirak edə bilmirdilər
Qədim Romada qadınlar vətəndaş olsalar da, onlar səs verə bilməz və siyasi vəzifəyə seçilməzdilər. Soylu qadınlar nəqliyyat şirkətlərinə, kərpic zavodlarına sahib olub, onları idarə edir, həyat yoldaşlarına kömək edirdilər. Maraqlı olan isə odur ki, evliliklərində xəyanət edən qadınları cəzalandıran qanunların işləyən qadınlara aid olunmaması idi.
Kölələr azad olunsa da, sərbəst deyildilər
Azad edilmiş qul vətəndaş sayılırdı, lakin tam azadlıq əldə etmirdi. Göstərilən lütfün müqabilində azad edilən qul, keçmiş sahibinə təmənnasız xidmət etməli, seçkilərdə onun lehinə səs verməli, camaat arasında onu müşayiət etməli və malının bir hissəsini ona vəsiyyət etməli idi. Əgər bu şərtlər yerinə yetirilməsəydi, həmin şəxs yenidən qul olacaqdı. Amma məsələ burasındadır ki, azad edilmiş qulun uşaqları tamamilə azad sayılırdı.
Qədim Romada “Thermopolia” adlı “küçə yeməkxanaları” vardı
Bu restoranların orada yemək və götürmək seçimi var idi. Tipik bir termopoliumda böyük basdırılmış bankalarda hazırlanırdı. Bu yerlərə yuxarı təbəqədən olan insanlar pis baxırdılar və restoranın əsas müştəriləri aztəminatlı insanlar olurdu.
Müasir dövrdəki kimi romalılar da 1 gün 24 saat kimi bilinirdi.
Qədim romalılar günləri 24 saata bölmüşdülər. Lakin saatların hər biri eyni müddətə malik deyildi. 12 saat günəşin batmasından səhərə qədər, qalan 12 saat isə sübhdən gün çıxana qədər idi. Mövsümi fərqlərə görə, Romada gündüz saatları yayda ən uzunu 75 dəqiqə, qışda isə ən qısası 45 dəqiqə idi.
Qədim Romada cinayətkarlar Kolizeydə duelə məhkum edilirdi.
Kolizeydə məhbus bir çox düşmənlə, o cümlədən vəhşi heyvanlarla (məsələn, şir) qarşılaşardı. Bir gün imperator Gallienus saxta zinət əşyaları satan bir taciri seçdi. Tale elə gətirdi ki, tacir meydançaya girəndə qəfəsdən aslan əvəzinə onun qarşısına bir toyuq çıxdı. Bundan sonra "Həmin tacir fırıldaqçı idi, lakin bu dəfə fırıldaqçılıq ona edildi" deyə Gallenius söyləmişdi. Olanlardan sonra tacirə evə getməyə icazə verilib.
Yalnız zəngin insanlar bənövşəyi paltar geyə bilərdilər.
Romalılarda geyimlərin zəngin rənglərində əks olundu. Qəhvəyi-sarı və boz-qaranın bütün çalarları təbii olduğuna görə yoxsulluğu, qırmızı, bənövşəyi və yaşıl tonlar isə uzaq yerlərdən gətirilən boyalarla yaradıldığı üçün zənginliyi ifadə edirdi.
Rahib Ələsgərov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...