ABŞ
Floridada "Ukrayna masası" - Danışıqlar asan keçməyib
Florida ştatında ABŞ və Ukrayna arasında aparılan danışıqlar başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib.
ABŞ və Ukrayna nümayəndə heyətləri 30 noyabrda Florida ştatında ABŞ Prezidentinə məxsus " Shell Bay" qolf kurortunda görüşüblər. ABŞ-ı Donald Trampın xüsusi elçisi Stiv Uitkoff, dövlət katibi Marko Rubio və prezidentin kürəkəni Cared Kuşner təmsil edib.
Ukrayna nümayəndə heyətinə isə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edib. KİV-in məlumatına görə, tərəflər respublikada seçkilərin qrafikini, Rusiya və Ukrayna arasında ərazi mübadiləsi imkanlarını və digər həll olunmamış məsələləri müzakirə ediblər.
Təxminən iki saatlıq müzakirələrdən sonra görüş iştirakçıları fasilə verib, daha sonra danışıqlar davam etdirilib. Görüşün ilk hissəsini Uitkoff müsbət qiymətləndirib. Lakin Ukrayna nümayəndə heyətindəki mənbələr ABŞ tərəfindən “müəyyən təzyiqin” olduğunu bildiriblər. Onların sözlərinə görə, danışıqlar “asan keçməyib”.
Hüseyn İbadlı
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu













.jpg)





















