Maraq dünyası
Bu işçilərə sonsuz məzuniyyət hüququ veriləcək
"Microsoft" rəhbərliyi gələn həftədən, yanvarın 16-dan etibarən ABŞ-dakı bütün işçilərinə yeni siyasətinin bir hissəsi olaraq sonsuz sayda məzuniyyət hüququ vermək qərarına gəlib.
Publika.az xəbər verir ki, işçilərə verilən bu seçim "İstədiyiniz istirahət" siyasəti adlanır. CBS-nin yazdığına görə, işçilərə il ərzində müəyyən edilmiş sayda günlərlə məhdudlaşmamağa icazə veriləcək. Şirkət öz qərarını onunla izah edib ki, indi iş daha çevik olub və rəhbərlik bu tendensiyaları izləməyə çalışır, işçilərə istirahət vaxtlarının uzunluğunu müəyyən etmək imkanı verir.
"The Verge" portalının məlumatına görə, yeni qaydalar barədə çərşənbə günü, yanvarın 11-də İnsan Resursları üzrə baş mütəxəssis Ketlin Hoqa məlumat yayıb. Yeni qaydalar şirkətə yeni gələnlər də daxil olmaqla, ABŞ-da Microsoft-da çalışan 122.000 işçiyə təsir edəcək. Köhnə qaydalara görə, məzuniyyət almaq üçün müəyyən müddət orada işləmək tələb olunurdu. Eyni zamanda, yeni şərtlər saatla çalışan işçilərə və ABŞ-dan kənarda işləyənlərə (təxminən 99 min nəfər) təsir etməyəcək.

Bundan əlavə, "Microsoft" işçilərə korporativ tədbirlər, xəstəlik və ya qohumlarının ölümü hallarında 10 məzuniyyət günü təklif edib.
Limitsiz məzuniyyət təcrübəsi artıq digər İT şirkətlərində, xüsusilə "Netflix", "Hubspot", "Oracle"və "Salesforce"da istifadə olunur. Bununla belə, bu təcrübədən imtina edildiyi hallar var idi, məsələn, 2015-ci ildə "Kickstarter" bu müddəti 25 günə endirdi, çünki bir çox işçi istirahət üçün daha az gün ayırmağa başladılar.
Eyni zamanda, bəzi şirkətlər əksinə, işçilərin istirahəti ilə bağlı siyasətlərini sərtləşdirir və onlayn işləmək imkanlarını bağlayır. Belə ki, milyarder İlon Mask "Twitter" sosial şəbəkəsini aldıqdan sonra şirkətdəki işin “son dərəcə sərt olacağını” bildirib və işçilərə onlayn işləməyi qadağan edib.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
