Maraq dünyası
“Microsoft” 10 ildir gözlənilən yeniliyi etdi - İstifadəçilər əlavə pul xərcləməkdən xilas oldular
ABŞ-nin “Microsoft” şirkəti “Windows 11” əməliyyat sisteminin yeni versiyasında RAR və 7-Zip arxivləri, eləcə də digər fayl növləri üçün daxili dəstəyin olacağını açıqlayıb.
Publika.az xəbər verir ki, əməliyyat sisteminin istifadəçiləri on ildir ki, bu funksiyanı gözləyirdilər.
“Biz “libarchive” açıq mənbə layihəsindən istifadə edərək, “tar”, “7-zip”, “rar”, “gz” və s. əlavə arxiv formatları üçün daxili dəstək əlavə etdik”, - deyə şirkətin rəhbəri Panos Panay bildirib.
Beləliklə, “Windows” artıq arxivləşdiriciyə çevrilir. Artıq minlərlə faylı bir arxivdə saxlamağa və diskdə daha az yer tutması üçün əlavə olaraq sıxmağa imkan verən yardım proqramlarından istifadəyə ehtiyac olmayacaq. Bu o deməkdir ki, əfsanəvi WinRAR da bəzi istifadəçilərini itirə bilər.
“Microsoft”dan əlavə edilib ki, yeni formatlar üçün dəstək bu həftənin sonunda istifadəçilər üçün əlçatan olacaq.
Qeyd edək ki, indiyə qədər istifadəçilər bu fayllara daxil olmaq üçün üçüncü tərəf proqramlarını quraşdırmalı idilər. Əvvəlki “Windows” əməliyyat sistemlərində yalnız ZIP arxivləri üçün yerli dəstək işləyirdi. Amma artıq “Microsoft”un yeni funksiyası sayəsində istifadəçilər əlavə pula başa gələn proqramların quraşdırılmasından xilas olacaqlar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
