Gündə 8 saat yox, daha az işləyəcəklər - Yeni konsepsiya hazırlanır
Bizi izləyin

Maraq dünyası

Gündə 8 saat yox, daha az işləyəcəklər - Yeni konsepsiya hazırlanır

Gündə 8 saat yox, daha az işləyəcəklər - Yeni konsepsiya hazırlanır

Dövlət Duması iş həftəsinin 36 saata endirilməsini təklif edib.

Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin üzvü Svetlana Bessarab Rusiyada iş həftəsinin 40 saatdan 36 saata endirilməsini təklif edib. Parlamentari izah edib ki, inkişaf etmiş ölkələrdə tətbiq olunan bu konsepsiya Rusiyada əmək bazarının imkanlarına cavab verir.

Bessarabın fikrincə, həll yolları, məsələn, daha qısa cümə və ya iş saatlarının gündəlik azaldılması ola bilər.

Deputat əlavə edib ki, iş vaxtını necə azaltmağın ən effektiv həll yollarını tapmaq üçün hökumət iki illik könüllü eksperiment variantını nəzərdən keçirməlidir.

“Mən iki il ərzində Rusiyada elan oluna biləcək bir təcrübədən danışardım. İşəgötürənlər bu təcrübəyə könüllü olaraq qoşula bilərlər, bunun müqabilində onlara müəyyən üstünlüklər təklif olunacaq - məsələn, dövlət sifarişləri almaq, subsidiya proqramlarında iştirak etmək”, - deyə deputat bildirib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm