Bu ölkədə əsas ölüm səbəblərindən biri intihardır - 50 minə yaxın
Bizi izləyin

Maraq dünyası

Bu ölkədə əsas ölüm səbəblərindən biri intihardır - 50 minə yaxın

Bu ölkədə əsas ölüm səbəblərindən biri intihardır - 50 minə yaxın

ABŞ-da intiharların sayı artıb.

Publika.az xəbər verir ki, 2022-ci ildə ABŞ-da intiharların sayında 2021-ci illə müqayisədə 2,6% artım olub. Hətta 2000-ci ildən bəri ən yüksək göstərici qeydə alınıb. Bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatları sübut edir.

Məlumata görə, 2022-ci ildə 49,4 minə yaxın, 2021-ci ildə isə 48,1 min amerikalı intihar edib. Mütəxəssislərin fikrincə, intihar ABŞ-da vətəndaşların ölümünün əsas səbəblərindən biridir.

2021 və 2022-ci illərdə intihar edənlər daha çox 25-44 yaş arası insanlar olub.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm