Perseid meteor yağışı bu həftə pik həddə çatacaq: Onu necə izləmək olar?
Bizi izləyin

Maraq dünyası

Perseid meteor yağışı bu həftə pik həddə çatacaq: Onu necə izləmək olar?

Perseid meteor yağışı bu həftə pik həddə çatacaq: Onu necə izləmək olar?

Perseid meteor yağışı hər yay təxminən bir ay davam edir. 2023-cü ilin 14 iyulundan 1 sentyabrına qədər davam edəcək Perseidlər avqustun 11-dən 13-dək zirvəyə çatacaq.

Publika.az xəbər verir ki, gün batdıqdan sonra çölə çıxıb səmaya baxsanız, hər il baş verən Perseid meteor yağışının şahidi ola bilərsiniz.

Perseid meteor yağışı ən yaxşı gecə yarısından günəş çıxana qədər görünür. Yəni səhərə az qalmış seyr etmək olar. EarthSky-nin məlumatına görə, bu il (11-13 avqust) pik dövründə Ay təxminən 10 faiz parlaq olacaq.

Meteorlar tez-tez rəngarəng işıqlar yayırlar və qaranlıq səmada hər saatda 90-a qədər meteor görmək mümükündür. Amma hava da aydın olmalıdır.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm