Yumurtanı belə bişirməyin, yoxsa…
Bizi izləyin

Maraq dünyası

Yumurtanı belə bişirməyin, yoxsa…

Yumurtanı belə bişirməyin, yoxsa…

Mikrodalğalı sobada yumurta bişirmək istəyən qadının üzü yumurtanın partlaması nəticəsində yanıb.

Publika.az xəbər verir ki, şəkilini sosial şəbəkədə paylaşan 37 yaşlı Şəfiyə Bəşir fincana qoyduğu yumurtanı mikrodalğalı sobada bişirməyə çalışıb.

Keçmiş qayınanasından öyrəndiyi üsul olduğunu deyən Bəşir fincanı sobadan çıxardıqdan sonra yumurtanın partladığını və üzünün yandığını bildirib.

O bildirib ki, üç ildir ki, bu üsulla yumurta bişirir:

“İlk dəfədir ki, belə bir şey olur. Stəkana soyuq qaşıq atdım, yumurta partladı. Çox isti idi və üzümü yandırırdı. Üzümü su ilə yudum. Gördüm ki, ağrısı keçmir. Sonra xəstəxanaya getdim".

Qeyd edək ki, xüsusilə qabıqlı yumurtaları mikrodalğalı sobada qızdırmaq olmaz. Bunun səbəbi yumurtanın qabığının istiliyi saxlamasıdır.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm