Maraq dünyası
20 qolu olan yeni dəniz canlısı kəşf edildi - Çiyələyə oxşayır
Antarktidada 20 qolu olan, çiyələyə bənzəyən dəniz canlısı kəşf edilib.
Publika.az xəbər verir ki, tədqiqatçılar dərc etdikləri məqalədə forma oxşarlığına görə adı latınca “çiyələk” mənası verən “Promachocrinus fragarius” adlı canlı haqqında təfərrüatlara yer veriblər. Bildirilib ki, Antarktida sahillərində tapılan dəniz zanbağı növü olan "Promachocrinus fragarius"un 20-yə yaxın budağı var və rəngi "bənövşəyi" və "tünd qırmızı" arasında dəyişə bilir.
Yeni kəşf edilən dəniz canlısının iki fərqli formaya sahib qolu olduğu qeyd olunub. Belə ki, altındakı qollarının "kobud və zolaqlı", yuxarıdakılarının isə daha "tüklü" olduğu açıqlanıb. Məlumata görə, böyük ölçülərə malik olan "Promachocrinus fragarius" okeanın təxminən 19-1981 metr dərinliklərində yaşayır. Araşdırmanın təfərrüatları "Onurğasızların Sistematikası" jurnalında dərc olunub.
Nəzrin
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?


































.jpg)



