Maraq dünyası
41 milyon illik balina fosili tapıldı
Misirdə paleontoloqlar 41 milyon il əvvəl yaşamış bir balina növünün fosilini tapıblar.
Publika.az xəbər verir ki, tədqiqat qrupu balina növünü Misir kralı Tutanhomanun və tapıldığı Vadi El-Rayan Qoruma Bölgəsinin şərəfinə "Tutcetus rayanensis" adlandırıblar. 2,5 metr uzunluğunda və təxminən 187 kiloqram ağırlığında olduğu təxmin edilən Tutcetusun, balinaların tamamilə suda yaşamağa başladığından bəri təsbit edilən ən kiçik balina növü olduğu düşünülür.
Tədqiqata rəhbərlik edən Qahirə Amerika Universitetindən Hesham Sallam bildirib ki, tədqiqat dəniz həyatına keçidin ilkin mərhələlərini tam sənədləşdirən bir kəşfdir. Sallam, tamamilə dənizdə yaşayan ilk balinaların, bədənlərinin su axınına uyğun inkişaf etdiyinə, güclü quyruq və quyruq üzgəcinə sahib olduqlarına, ayaq kimi təsvir edilə biləcək arxa ayaqları olan son növ olduğuna diqqət çəkib.

Kəşf edildiyi Qərb səhrasındakı Fayum vahəsi Qahirədən 150 kilometr cənub-qərbdə yerləşir və UNESCO-nun Dünya İrs Siyahısındadır. Yüzlərlə balina fosilinə ev sahibliyi edən vahənin 34-56 milyon il əvvəl Eosen dövründə bölgəni əhatə edən tropik dənizin dibində olduğu düşünülür.
Nəzrin
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?


































.jpg)



